Son 20 il ərzində faktiki olaraq texnika parkı tamamilə yenidən formalaşdırılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı qeyd edib ki, bu istiqamətdə də çox böyük işlər görülüb:
"Köhnədən qalan texnikalar demək olar ki, artıq yoxdur və burada da dövlət fermerlər üçün kifayət qədər qəbul edilən şərtlər ortaya qoyub. O cümlədən indi biz özümüz də kənd təsərrüfatı texnikasını istehsal edirik və gələcəkdə bu istiqamətdə əlavə addımlar atılacaq".