Operativ Məlumat Mərkəzi

İlham Əliyev Somali Prezidentini qarşıladı

1 dəq
Paylaş:
İlham Əliyev Somali Prezidentini qarşıladı

Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri dəstəsi düzülüb.

İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşılayıb.

Fəxri qarovul dəstəsinin Somali Prezidentinə verib.

Somalinin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax