Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət Azərbaycanın üzərinə düşmür

2 dəq
Paylaş:
İlham Əliyev: Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət Azərbaycanın üzərinə düşmür

İlham Əliyev Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyada azərbaycanlılara qarşı əsassız hücumlardan danışarkən qeyd edib ki, yalnız və hüquqi şəkildə cavab verir, lakin heç vaxt Azərbaycana qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcək.

“Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax