Operativ Məlumat Mərkəzi

İlham Əliyev "Qarabağı" təbrik etdi

2 dəq
Paylaş:
İlham Əliyev "Qarabağı" təbrik etdi

İlham Əliyev Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbəsi münasibətilə ""ı təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi "X" hesabında paylaşım edilib.

"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın "Qarabağ" klubunu ürəkdən təbrik . Bu, futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. "Qarabağ"ın Avropanın köklü klublarından biri olan "Benfika" ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir. Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan "Qarabağ"la qürur duyur. Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm", - deyə paylaşımda vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax