Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Qarabağı işğaldan azad etməyimiz bəzi qüvvələri narahat edib

2 dəq
Paylaş:
İlham Əliyev: Qarabağı işğaldan azad etməyimiz bəzi qüvvələri narahat edib

Qarabağı işğaldan azad , xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu sözləri Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

“Mən hər zaman deyirdim və deyirəm ki, biz haqq yolundayıq, öz əzəli torpaqlarımızı bütün qanunlar çərçivəsində hərbi yolla azad etmişik”, - deyə vurğulayan İlham Əliyev qeyd edib ki, o vaxtdan bugünədək bizə olan təzyiqlər durmadan davam edir.

"Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum edib. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir", - Prezident vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax