Əsas məzmuna keç

İlham Əliyev perulu həmkarını təbrik etdi

İlham Əliyev perulu həmkarını təbrik etdi

məktubda deyilir: "Hörmətli xanım Prezident, Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı...

Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarraya ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım ,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Peru münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, həm ikitərəfli qaydada, həm də çoxtərəfli təsisatlar çərçivəsində əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Belə bir gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…