Operativ Məlumat Mərkəzi

İlham Əliyev İon İliyeskunun vəfatı ilə bağlı başsağlığı verib

1 dəq
Paylaş:
İlham Əliyev İon İliyeskunun vəfatı ilə bağlı başsağlığı verib

İlham Əliyev Rumıniyanın Prezidenti Dana başsağlığı ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İon İliyesku Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax