Operativ Məlumat Mərkəzi

İlham Əliyev: "Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik"

2 dəq
Paylaş:
İlham Əliyev: "Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik"

“Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilmişdir. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülmüşdür”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər , Qoşulmama Hərəkatının sədri İlham Əliyevin Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransının iştirakçılarına ünvanladığı müraciətdə əksini tapıb.

“Həmçinin sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi , xüsusilə də Fransanın yürütdüyü siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik. Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir. Bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram”, - bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax