Operativ Məlumat Mərkəzi

İlham Əliyev Almaniya şirkətlərini Azərbaycana səfərə dəvət edib

2 dəq
Paylaş:
İlham Əliyev Almaniya şirkətlərini Azərbaycana səfərə dəvət edib

Azərbaycanda müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində islahatlar həyata keçirilib, xarici sərmayədarlar üçün cəlbedici investisiya məkanı yaradılıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu İlham Əliyev Münxenə səfəri çərçivəsində Şərqi Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə deyib.

Ölkəmizdə azad ticarət zonasının yaradılması istiqamətində atılan addımlar, logistika və imkanlarının artması barədə məlumat verən dövlətimizin başçısı alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün imkanların olduğunu bildirib, Almaniyanın Şərqi Biznes Assosiasiyasının tərkibinə daxil olan şirkətləri tanışlıq məqsədilə ölkəmizə səfərə dəvət edib.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu da həmsöhbətinin diqqətə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax