Əsas məzmuna keç

İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb - YENİLƏNİB - 14.03.2024

İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb - YENİLƏNİB - 14.03.2024

görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Prezident İlham Əliyevin Albaniyaya dövlət səfərinin, Prezident...

Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, İlham Əliyevin Albaniyaya dövlət səfərinin, Prezident Bayram Beqayın isə ölkəmizə rəsmi səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi. Bu ilin martında Albaniyanin Baş naziri Edi Ramanın ölkəmizə səfərinin əhəmiyyətinə toxunuldu.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyəti və bu layihənin enerji təhlükəsizliyinin təmin olunmasında rolu bir daha qeyd edildi. Azərbaycan tərəfindən Albaniyaya investisiya qoyuluşu məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə əlaqələrimizin inkişafında müsbət dinamizm məmnunluqla vurğulandı.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi qeyd olundu.

***

İlham Əliyev martın 14-də Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı prezidentin mətbuat xidməti yayıb.

Qeyd edək ki, Bayram Beqay Azərbaycana XI Qlobal forumda iştirak etmək üçün səfər edib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…