Əsas məzmuna keç

I sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ EDİLİB

I sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ EDİLİB

Mayın 1-dən start verilən 2024-2025-ci ili üzrə uşaqların I sinfə qəbulu prosesi hazırda davam edir.

Məktəbəqədər və Ümumi üzrə Dövlət Agentliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində və digər bölmələr üzrə sərbəst qaydada məktəb və seçimi aparılır.

Bu günə qədər ümumilikdə 122 min uşaq I sinfə qəbul edilib.

2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.

Agentlik tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildirir ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…