Operativ Məlumat Mərkəzi

Modi Abbasla görüşüb

1 dəq
Paylaş:
Modi Abbasla görüşüb

Hindistanın Narendra Modi Nyu-Yorkda Fələstin prezidenti Abbas ilə görüşündə Qəzzada baş verən humanitar böhrandan narahatlığını ifadə edib və Hindistanın Fələstin xalqına dəstəyini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada deyilir: “ Qəzzada baş verən humanitar böhrandan və regionda pisləşən vəziyyətindən dərin narahat olduğunu bildirib və Hindistanın Fələstin xalqına sarsılmaz dəstəyini, o cümlədən humanitar yardımın davam etdirilməsini təkrarlayıb”.

Modi Hindistanın İsrail-Fələstin məsələsində fundamental mövqeyini təsdiqləyib və atəşkəs, girovların azad edilməsi, dialoq və diplomatiyaya qayıtmağa çağırıb.

O qeyd edib ki, Hindistan Fələstini tanıyan ilk dövlətlərdən biri olub və Hindistanın Fələstinin BMT-yə üzvlüyünə dəstəyini bir daha təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax