Operativ Məlumat Mərkəzi

Hindistanda daşqınlar nəticəsində 100-dən çox adam ölüb

2 dəq
Paylaş:
Hindistanda daşqınlar nəticəsində 100-dən çox adam ölüb

Hindistanın şimalında yağışların səbəb olduğu və torpaq sürüşmələri nəticəsində 100-dən çox adam ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.

Hindistanın şimal-şərq bölgələrində iyulun 8-də başlayıb, iki amilin - musson yağışları və Aralıq dənizi regionundan rütubətli hava kütlələrinin birləşməsi nəticəsində baş verib. Leysanlar Dehli rayonuna, Himaçal-Pradeş, Uttarakhand, Pəncab, Haryan, Racastan ştatlarına, Cammu və Kəşmirin birlik ərazisinə yağıb. Çərşənbə günündən etibarən Uttarakhandda güclü davam edir.

Təbii hadisədən daha çox Himalay dağlarının ətəklərində Himaçal-Pradeş əyaləti zərər çəkib. Burada çoxsaylı sürüşmə müşahidə olunub, bir çox yaşayış məntəqələri su altında qalıb. Şimal ştatlarının dağlıq bölgələrində yolların eroziya və su basması səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb, nəticədə 300-ə yaxın turist hələ də dağlarda qalıb. Ümumilikdə nəticəsində ştatda 80-ə yaxın insan həlak olub, yağışlar praktiki olaraq dayanıb, xilasetmə və bərpa işləri aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax