Əsas məzmuna keç

Hikmət Hacıyev: "Burdakı tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur"

Hikmət Hacıyev: "Burdakı tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur"

bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində...

"Qlobal Bakı Forumunda müzakirə olunan tövsiyələrə çevrilir, ictimaiyyətə təqdim olunur. Son 10 ildə Forum öz uğurunu sübut edib".

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri "Haber Global"a müsahibəsində deyib.

"Dünyada Davos forumu deyilən bir anlayış var. Orada iqtisadi problemlər müzakirə olunur. Münhen Konfransında daha çox Avro-Atlantik miqyasda təhlükəsizlik məsələləri öndə dayanır. Ancaq burada çox fərqli baxış var. Burada müzakirə olunan məsələlər tövsiyələrə çevrilir, tövsiyələr beynəlxalq ictimaiyyətə təqdim olunur", - H.Hacıyev deyib.

Qeyd edilib ki, "Qafqazın Davosu kimi tanınan 10-cu Qlobal Bakı Forumu 2-ci gün panelləri ilə davam edib. Martın 9-da işə başlayan 10-cu Qlobal Bakı Forumu üçüncü gün sessiyaları ilə yekunlaşacaq.

Qlobal Bakı Forumu 2013-cü ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…