Əsas məzmuna keç

Hesablama Palatası ötən il 41 kənar dövlət maliyyə nəzarəti həyata keçirib

Hesablama Palatası ötən il 41 kənar dövlət maliyyə nəzarəti həyata keçirib

bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənədə əsasən, bunun 5-i səmərəlilik, 5-i maliyyə, 31-i isə uyğunluq auditi olub....

2023-cü ildə Hesablama Palatasının fəaliyyəti hesabına 41 dövlət maliyyət nəzarəti həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, bunun 5-i səmərəlilik, 5-i maliyyə, 31-i isə uyğunluq auditi olub.

Nəzarət tədbirinin əhatə etdiyi orqanlardan 1-i ali kateqoriya dövlət , 11-i mərkəzi icra hakimiyyəti orqanı, 1-i digər dövlət orqanı, 8-i mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan təşkilat, 10-u publik şəxs, 5-ü dövlət mülkiyyətində olan və dövlətin səhmi (payı) olan müəssisə, 1-i universitet, 3-ü fond, 1-i isə digər təşkilati-hüquqi formaya malik qurum olub.

Auditlər Bakı (33 ədəd), Sumqayıt, Qusar, Ağsu, İsmayıllı, Ağdaş, Qəbələ, Balakən, Salyan, Neftçala, Lənkəran, Samux, Gəncə, Göygöl, Goranboy, Tərtər, Ağdam, Cəbrayıl, Naxçıvan və Ordubad (7 ədəd) bölgələrini, eləcə də Çini (1 ədəd) əhatə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…