Operativ Məlumat Mərkəzi

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - FOTO

2 dəq
Paylaş:
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb - FOTO

tərəfindən təsdiq olunmuş 2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən, eləcə də bütün təminat növləri ilə tam təmin olunduqdan sonra plana uyğun məşğələlərə cəlb olunurlar.
Təlim toplanışı zamanı iştirakçılarla maarifləndirici söhbətlər aparılacaq, onlara qaydaları çatdırılacaq və sıra hazırlığı üzrə məşğələlər təşkil olunacaq.
Toplanışda, həmçinin hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədiləcək, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdiriləcək.
Tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə çöl şəraitində keçiriləcək məşğələlərdə iştirakçılar Ordusunun arsenalında olan müasir silah və texnika ilə tanış olacaq, onların döyüş tətbiqini öyrənəcək, həmçinin bölmələrimizin silahlanmasında olan atıcı silahlardan döyüş atışları icra edəcəklər.
Keçirilən toplanışlarda əsas diqqət hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax