Əsas məzmuna keç

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir

Müdafiə nazirinin 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hissəsində bir qrup hərbi vəzifəlilərin toplanışı keçirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Ehtiyatdan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…