Əsas məzmuna keç

Hərbi vəzifəlilər atıcı silahlardan və qumbaraatanlardan praktiki atış ediblər

Hərbi vəzifəlilər atıcı silahlardan və qumbaraatanlardan praktiki atış ediblər

bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərlə nizam-intizam...

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən toplanışı praktiki məşğələlərində silahlardan və qumbaraatanlardan praktiki atış icra edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

Bildirilib ki, toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərlə nizam-intizam qaydalarını möhkəmləndirmək məqsədilə sıra hazırlığı və ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.

Toplanışın növbəti günündə təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara atıcı silahların və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və məşq etdirilib. Daha sonra təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını icra ediblər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…