Operativ Məlumat Mərkəzi

Hərbi qulluqçuların səsvermədə iştirakı üçün zəruri tədbirlər görülür – RƏSMİ

2 dəq
Paylaş:
Hərbi qulluqçuların səsvermədə iştirakı üçün zəruri tədbirlər görülür – RƏSMİ

Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində 7 fevral seçkilərinin səsverməsində iştirak edə biləcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, seçkilərin Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsi, eləcə də şəffaflığın təmin edilməsi üçün hərbi hissə və müəssisələrin ərazilərində fəaliyyət göstərəcək məntəqələrdə tədbirlər görülür. Eyni zamanda, Azərbaycan Ordusunda xidmət edən bir qrup hərbi qulluqçu səsverməsində ilk dəfə iştirak edəcək. ilk dəfə səs verəcək hərbi qulluqçuları nəzərə alaraq Seçki Məcəlləsi ilə tanışlıq və digər maarifləndirici məlumatların çatdırılmasını da həyata keçirir.

“Ölkə üzrə bütün seçki məntəqələrində olduğu kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin seçki prosesində hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün hərtərəfli şərait və əlverişli mühit yaradılacaq”, -deyə Müdafiə Nazirliyinin açıqladığı məlumatda qeyd olunur.

Nazirlikdən bildiriblər ki, çətin relyefli dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrdə olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax