Operativ Məlumat Mərkəzi

Hərbi Hava Qüvvələrində “Gizir hazırlığı” kursunun ilk buraxılış mərasimi keçirilib

2 dəq
Paylaş:
Hərbi Hava Qüvvələrində “Gizir hazırlığı” kursunun ilk buraxılış mərasimi keçirilib

Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı” kursunun ilk mərasimi keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində çıxış edənlər məzunlara Hərbi Hava Qüvvələri Komandanının təbriklərini çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında belə kursların əhəmiyyətindən danışıb, məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Kursu bitirən hərbi qulluqçular müddətində yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildiriblər.

Məzunlar göstərilən etimadı doğrulmaq üçün burada qazandıqları bilik və vərdişləri xidmətdə inamla tətbiq edərək vəzifələrinin icrasına daha məsuliyyətlə yanaşacaqlarına, Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.

Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda xatirə fotosu çəkdirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax