Operativ Məlumat Mərkəzi

HƏMAS-dan İspaniyanın İsrailə silah tədarükünü qadağan etməsinə dəstək açıqlaması

2 dəq
Paylaş:
HƏMAS-dan İspaniyanın İsrailə silah tədarükünü qadağan etməsinə dəstək açıqlaması

HƏMAS İspaniya hökumətinin İsrailə silah tədarükünü tamamilə etməsini, soyqırımı və etnik təmizləmə cinayətlərini dayandırmaq üçün Təl-Əvivə göstərilməsində əhəmiyyətli bir kimi qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Təşkilat İspaniyada solçu azlıq koalisiya hökumətinin İsrailə qarşı tam silah embarqosu tətbiq edən Kral fərmanını təsdiqləməsinə dair yazılı açıqlama yayıb:

“İspaniya hökumətinin İsrailə qarşı tam silah embarqosu tətbiq edən fərmanı təsdiqləməsi, İspaniyanın xalqımızın üzləşdiyi vəhşiliklərə və müharibə cinayətlərinə qarşı mübarizəyə əxlaqi və siyasi bağlılığını əks etdirir. Bu addım müharibə cinayətkarı Netanyahuyə qarşı soyqırımı və etnik təmizləmə cinayətlərini dayandırmaq üçün təzyiq baxımından mühüm əhəmiyyət daşıyır”.

HƏMAS dünyadakı bütün dövlətlərə və cəmiyyətlərə İsrailə qarşı hərtərəfli boykot çağırışı da edərək bildirib:

“Soyqırımı və etnik təmizləmə cinayətlərinin davam etməsinin qarşısını almaq, haqq işimizə vermək və xalqımızın öz müqəddəratını təyin etmə haqqını həyata keçirərək paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurmasını təmin etmək üçün İsrail hüquqi, siyasi və iqtisadi cəhətdən izolyasiya edilməli və bütün sahələrdə boykot olunmalıdır.”

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax