Operativ Məlumat Mərkəzi

Həcc ayinlərinin vaxtı açıqlanıb

1 dəq
Paylaş:
Həcc ayinlərinin vaxtı açıqlanıb

Azərbaycanlı üçün Həcc ayinlərinin açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri "Report"un sorğusuna cavab olaraq deyib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də düşəcək.

"Hər birində 45 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək", - o, bildirib.

V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: “Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”.

Xatırladaq ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax