Operativ Məlumat Mərkəzi

Hansı təhsilverənlər sertifikatlaşdırmadan keçmir? - QAYDA açıqlanıb

2 dəq
Paylaş:
Hansı təhsilverənlər sertifikatlaşdırmadan keçmir? - QAYDA açıqlanıb

Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə olan, ali və orta təhsilinə malik peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasında qeyd olunub.

Qaydaya əsasən, Sertifikatlaşdırmaya cəlb olunmuş təhsilverənlərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

- hamilə ;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;
- azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər.

60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax