Operativ Məlumat Mərkəzi

Hakan Fidan: "Terrorçular hərəkətlərinə görə peşman olacaqlar"

1 dəq
Paylaş:
Hakan Fidan: "Terrorçular hərəkətlərinə görə peşman olacaqlar"

" hərəkətlərinə görə peşman olacaqlar".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin naziri bildirib.

"İraq və Suriyada PKK və YPG-yə məxsus bütün infrastruktur və üst quruluş obyektləri , silahlı qüvvələr və kəşfiyyatının qanuni hədəfləridir. İnsanları PKK/YPG obyektlərindən və şəxslərdən uzaq durmağı tövsiyə edirəm", - deyə XİN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Ankarada terror aktı törədən 2 terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb. O, terrorçuların Suriyadan gəldiyini və kimliklərinin müəyyən edildiyini bəyan edib.

Qeyd edək ki, oktyabrın 1-də Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax