Operativ Məlumat Mərkəzi

Gürcüstan DİN "Vahid Milli Hərəkat" Partiyasının ofisinə hücumla bağlı cinayət işi qaldırıb

2 dəq
Paylaş:
Gürcüstan DİN "Vahid Milli Hərəkat" Partiyasının ofisinə hücumla bağlı cinayət işi qaldırıb

polisi müxalif "Vahid Milli " Partiyasının Tbilisidəki mərkəzi ofisinə hücumla bağlı istintaqa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “News Georgia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) məlumat yayıb.

Bildirilib ki, əmlakın zədələnməsi və ya məhv edilməsi (Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi) maddəsi ilə açılıb. Şübhəlilərin həbsi barədə hələlik məlumat verilmir.

Müxalifət partiyası qaldırılan maddə ilə razılaşmır. Onlar hesab edirlər ki, istintaq sabit silahlı qrup yaratmaq və ya ona rəhbərlik etmə (12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası) və ya qrup şəklində zorakılığın təşkili (7 ilədək həbs) maddəsi ilə davam etdirilməlidir.

Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının mərkəzi ofisinə hücum edilib. Hücumda 100-ə yaxın adam iştirak edib. Ofisin fasadı zədələnib, pəncərələri sındırılıb, avadanlıqlar ziyan görüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax