"ABŞ ilə əməkdaşlığın və strateji tərəfdaşlığın bərpası Gürcüstan hökuməti üçün prioritetdir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, Gürcüstan hökumətinin məqsədi ABŞ ilə münasibətlərdə yenidən qurulmaya nail olmaqdır.
"Bu, ədalət prinsipinə əsaslanan bərabər münasibətlərin bərpasını, hər iki tərəfin bütün sahələrdə maraqlarını nəzərə almağı nəzərdə tutur”, - Gürcüstanın Baş naziri qeyd edib.
Kobaxidze bildirib ko, Gürcüstan ABŞ nümayəndələri ilə aktiv siyasi dialoq aparır və Gürcüstan Xarici İşlər Nazirliyi yeni ikitərəfli gündəm hazırlamaq üzərində işləyir.