Operativ Məlumat Mərkəzi

Gömrük postunda xarici valyuta qaçaqmalçılığının qarşısı alınıb - FOTO

1 dəq
Paylaş:
Gömrük postunda xarici valyuta qaçaqmalçılığının qarşısı alınıb - FOTO

Tovuz İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb.

DGK-nın və İctimaiyyətlə İdarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, “Qırmızı Körpü” gömrük postunda Respublikasından Gürcüstana gedən yük vasitəsinin sürücüsü şifahi olaraq sorğu-sual edilib və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin dartıcısının salonunda xüsusi saxlanc yerində gizlədilərək keçirilməsinə cəhd göstərilən 8 000 000 (səkkiz milyon) rus rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax