Operativ Məlumat Mərkəzi

“Global Media Group”un onlayn resurslarına kütləvi haker hücumu olub

2 dəq
Paylaş:
“Global Media Group”un onlayn resurslarına kütləvi haker hücumu olub

Group”un nəzdində fəaliyyət göstərən resurslara haker həyata keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Global Media Group” açıqlama yayıb.

Açıqlamada deyilir ki, bu kiberhücumlarla əlaqədar hazırda "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb.

"Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.

Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır.

Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.

Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır", - açıqlamada qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax