Operativ Məlumat Mərkəzi

Gəncədə rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib

2 dəq
Paylaş:
Gəncədə rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib

Gəncədə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mərkəzi tərəfindən keçirilən məşqin məqsədi fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən rəhbər heyətinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyinin artırılmasından ibarət olub.

Məşqdə fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.
Sonda məşqin yekunu təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax