Əsas məzmuna keç

Gəncədə rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib

Gəncədə rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən keçirilən məşqin məqsədi fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən rəhbər...

Gəncədə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mərkəzi tərəfindən keçirilən məşqin məqsədi fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən rəhbər heyətinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyinin artırılmasından ibarət olub.

Məşqdə fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.
Sonda məşqin yekunu təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…