Operativ Məlumat Mərkəzi

Gəncədə 6 min dolları və 40 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan qadın saxlanılıb

1 dəq
Paylaş:
Gəncədə 6 min dolları və 40 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan qadın saxlanılıb

Gəncədə oğurluq etməkdə şübhəli şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətindən bildirilib.

Gəncə Şəhər Baş İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri -axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 6 min ABŞ dolları nağd pul və ümumi dəyəri 40 olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini olan qadın saxlanılıb.

Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən şübhəli şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax