Operativ Məlumat Mərkəzi

Gəncədə 25 memarlıq abidəsinin fasadına vurulan qanunsuz reklam lövhələri sökülüb

1 dəq
Paylaş:
Gəncədə 25 memarlıq abidəsinin fasadına vurulan qanunsuz reklam lövhələri sökülüb

Gəncədə 25 abidəsinin fasadına vurulan qanunsuz reklam lövhələri sökülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Gəncə şəhərinin , Nizami, Atatürk prospektlərində, Cavadxan və Mirzə Abbas Abbaszadə küçələrində bir sıra tarix-memarlıq abidələrinin fasadına qanunsuz reklam lövhələri aşkarlanıb. Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı aşkar olunan qanunsuz reklamların sökülməsi ilə bağlı obyekt sahiblərinə xəbərdarlıq edilib.

Dövlət Reklam Agentliyi ilə çərçivəsində qeyd olunan ünvanlarda yerləşən 25 memarlıq abidəsinin fasadına vurulmuş qanunsuz reklam lövhələri sökülərək nöqsanlar aradan qaldırılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax