Əsas məzmuna keç

G20 sammiti öz işinə başlayıb

G20 sammiti öz işinə başlayıb

hazırda Hindistan baş naziri Narendra Modi qonaqları qarşılayıb. Toplantı 2 gün davam edəcək. İclasda bir sıra qlobal məsələlərin, o cümlədən iqlim...

Hindistanın paytaxtı Yeni Dehlidə "Böyük İyirmiliy"in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammit başlayıb.

“Operativ Məlumat Mərkəzi - OMM” xəbər verir ki, hazırda Hindistan baş naziri Narendra Modi qonaqları qarşılayıb.

Toplantı 2 gün davam edəcək.

İclasda bir sıra qlobal məsələlərin, o cümlədən iqlim dəyişikliyinin, Ukraynadakı müharibənin, təhlükəsizliyin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.

Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, , , Fransa, , Cənubi Afrika Respublikası (CAR), Yaponiya, və Avropa İttifaqı daxildir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…