Əsas məzmuna keç

Füzulidə torpaq uçqunu altında qalan şəxs xilas edilib

Füzulidə torpaq uçqunu altında qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Füzuli şəhəri ərazisində uçqunu nəticəsində vətəndaşın uçqun atında qalması barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən məlum olub ki, yeraltı qaz boru xəttində bərpa işləri aparılan zaman baş vermiş torpaq uçqunu nəticəsində bir nəfər uçqun altında qalıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş uçqun altından xilas edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…