Operativ Məlumat Mərkəzi

“Fitch” “Cənub Qaz Dəhlizi”nin avrobondlarının reytinqini yüksəldib

2 dəq
Paylaş:
“Fitch” “Cənub Qaz Dəhlizi”nin avrobondlarının reytinqini yüksəldib

“Fitch” reytinq agentliyi “Cənub Qaz ” QSC-nin (SGC) yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, yeni reytinq səhmdar cəmiyyətinin 2026-cı ilə qədər dövriyyədə olacaq 2 milyard ABŞ dolları məbləğində avrobondlarına görə tam və vaxtında ödənişlə bağlı dövlətin verdiyi qeyd-şərtsiz, subordinasiyasız və geri alınmaz zəmanəti əks etdirir. Nəticədə “Fitch” istiqrazların reytinqini Azərbaycanın uzunmüddətli defolt reytinqinə (IDR) bərabər hesab edir.

Xatırladaq ki, SGC ölkə Prezidentinin “" qaz- yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları təşkil edir. Şirkətin səhmlərinin 51 %-i İqtisadiyyat Nazirliyinə, 49 %-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax