Operativ Məlumat Mərkəzi

FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - 22.03.2024

2 dəq
Paylaş:
FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib - 22.03.2024

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səlahiyyətləri daxilində tədbirlərin görülməsini davam etdirir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti tərəfindən təhlillərə görə, yaşayış sektorunda yanğınların böyük hissəsi məişət cihazlarından düzgün istifadə edilməməsi səbəbindən baş verir. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıdakı qaydalarına əməl edilməsinin vacibliyini bildirir:

- qeyri-standart, nasaz və qaz qızdırıcılarından istifadə etməyin;

- işlək qaz və elektrik cihazlarını nəzarətsiz qoymayın;

- elektrik və qaz cihazlarından istifadəni uşaqlara qadağan edin;

- elektrik və qaz cihazlarını yanar əşyalardan uzaq yerləşdirin;

- elektrik uzadıcısı və ya yuvasına çox sayda elektrik cihazını eyni anda qoşmayın;

- evi tərk edərkən qaz cihazlarını söndürün, elektrik avadanlıqlarını şəbəkədən ayırın!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax