Operativ Məlumat Mərkəzi

FHN Ucarda yanğınla bağlı əməliyyat görüntüləri yayıb

1 dəq
Paylaş:
FHN Ucarda yanğınla bağlı əməliyyat görüntüləri yayıb

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə Ucar rayonu, Qaracallı kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində “İVECO” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində qoşqunun iki ədəd təkəri yanıb, yük avtomobili və qoşqunun üzərində olan kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax