Operativ Məlumat Mərkəzi

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 1090 nəfərə tibbi xidmət göstərilib

1 dəq
Paylaş:
FHN-in Türkiyədəki mobil səhra hospitallarında 1090 nəfərə tibbi xidmət göstərilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən hospitallarında 199-u uşaq olmaqla 1090 nəfərə göstərilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş nazirliyin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Hospitallarda ötən günlər ərzində ümumilikdə 199-u uşaq olmaqla 1090 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax