Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlanıb - 06.05.2024

2 dəq
Paylaş:
Faktiki hava açıqlanıb - 06.05.2024

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağ və Gədəbəyin ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Zərdabda 32 mm, Kürdəmir, Şəkidə 17 mm, İsmayıllıda 16 mm, Zaqatala, Göygöldə 15 mm, Daşkəsəndə 14 mm, , Qax, Gədəbəydə 13 mm, Göyçay, Ağdamda 11 mm, Tərtər, Mingəçevir, Gəncədə 9 mm, Oğuz, Balakəndə 8 mm, Tovuz, Yevlax, Qəbələ, , Ağsu, Sədərək, Şabran, Xaltan, Qobustan, Naftalan, Bərdə, Ordubad, Ağstafa, Ceyrançöl, Şahbuz, Lənkəran, Quba, Qrız, İmişli, Naxçıvan, Şərurda 7 mm-dək, Bakıda və yarımadasında isə 2 mm-dək olub.

Mayın 5-də Kürdəmir rayonunun Pirili kəndi ərazisinə 8-10 mm, Mollakənd ərazisinə saat 21:20 radələrində 6-8 mm, İmişli rayonunun Qızıl kəndinə saat 23:30 radələrində 8-10 mm, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinə isə diametri 6-8 mm olan dolu düşüb.

Gəncə, Şəmkir, Gədəbəy, Lerik, Göyçay, Göygöl, Altıağac, Qusar, Şamaxı, Balakən, Qaxda duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Neftçalada 20 m/s, Lerikdə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 8, Aran rayonlarında 15, dağlıq rayonlarda 5-7 dərəcə, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax