Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlanıb - 26.02.2024

2 dəq
Paylaş:
Faktiki hava açıqlanıb - 26.02.2024

Fevralın 26-sı saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə arabir yağıntılı olub, rayonlarda isə arabir qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şəkidə 6 sm, Yardımlı, Qrızda 4 sm, Lerik, Şahdağda 3 sm, Oğuzda 2 sm, Qəbələ, Gədəbəydə 1 sm olub.

Düşən yağıntının miqdarı Oğuz, Şəki, Qəbələ, Altıağac, Qrız, , Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Yardımlı, Lerik, , Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, İsmayıllı, Balakən, Zaqatala, Şamaxı, Quba, Xaltanda 2 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 5-10, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 7-12, yüksək dağlıq ərazilərdə isə 18 dərəcəyədək şaxta olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax