Operativ Məlumat Mərkəzi

Ermənistanın işğal vaxtı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparması məhkəmədə sübut olunub

2 dəq
Paylaş:
Ermənistanın işğal vaxtı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparması məhkəmədə sübut olunub

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə silahlı qüvvələri tərəfindən olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması olunub.

Xarici vətəndaşlar planlı şəkildə yerləşdirilirdi

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qondarma rejimin “rəhbəri olmuş” şəxs Bako Sahakyan prokurorun suallarına cavabında Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə əsasən Suriya və Livan vətəndaşlarının, habelə digər ölkələrdən bəzi vətəndaşların gətirilərək məskunlaşdırıldığını bildirib.

Bako Sahakyan söyləyib ki, bu işlərlə qondarma qurumun “sosial ” məşğul olub. “Bu layihə bizim üçün strateji əhəmiyyətli idi. Çünki birinci müharibədən sonra əhalinin sayı kəskin şəkildə azalmışdı”, - deyə o əlavə edib.

Erməni tərəfinin məskunlaşdırma planı iflasa uğradı

Təqsirləndirilən şəxs layihənin uğurla başa çatmadığını da bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax