Operativ Məlumat Mərkəzi

Ermənistan ordusunun generalı: Şuşa əməliyyatının keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər

2 dəq
Paylaş:
Ermənistan ordusunun generalı: Şuşa əməliyyatının keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı silahlı qüvvələrinin general-polkovniki Dalibaltayanın (1926-2015) qeydləri yer almış videomaterial nümayiş etdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Qurgen Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində və Serj (Ermənistanın keçmiş prezidentləri – red.) iştirak ediblər.

O vurğulayıb ki, Şuşa əməliyyatının əhəmiyyəti çox böyük idi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax