Əsas məzmuna keç

Ərdoğan Zəngəzur dəhlizi haqqında: Konsensus yolu ilə bu məsələni həll edə bilərik

Ərdoğan Zəngəzur dəhlizi haqqında: Konsensus yolu ilə bu məsələni həll edə bilərik

bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Zəngəzur dəhlizi...

Zəngəzur dəhlizinin açılması ticarəti canlandıracaq və yolu ilə bu məsələ həll edilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi təkcə , və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək.

"Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici məsələ kimi baxırıq. Belə ki, bu dəhliz bölgəmizin regiondan kənardakı əraziləri də birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, bu yol münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin",- Türkiyə Prezidenti əlavə edib.

R.T.Ərdoğan vurğulayıb ki, bununla da region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən məkana çevrilmə imkanı qazanar:

"İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. İlham Əliyev Zəngəzura böyük önəm verir. O, dəhlizin tez zamanda istifadəyə verilməsinə çalışır. Onun həm Azərbaycan, həm də region üçün istifadə edilməsini istəyir. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…