Əsas məzmuna keç

Ərdoğan prezident seçiləcəyinə əmindir

Ərdoğan prezident seçiləcəyinə əmindir

"Mayın 14-də keçiriləcək tariximizin ən vacib seçkisində Allahın ilə yenə qələbə qazanacağıq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Prezidenti Rəcəb Tayyib tvitter hesabında yazıb.

O bildirib ki, seçkilərin nəticələrinə əsasən gənclər, yaşlılar, qadınlar və kişilər daxil olmaqla, 85 milyonluq xalqın hər biri qələbə qazanacaq:

"Şərq, qərb, və cənubda yerləşən 81 vilayətimizin hər biri qalib gələcək. Cəmiyyətimizin bütün təbəqələri qələbə qazanacaqlar. Fərqli inanclara sahib bütün vətəndaşlarımız qələbə qazanacaqlar. "Daha ədalətli bir dünya mümkündür” şüarımızı eşidən Asiya və Afrikadakı yüz milyonlarla insan qələbə qazanacaq. Ay-ulduzlu al bayrağımızı görəndə hüzur tapan, özünü inamlı hiss edən soydaşlarımız qalib olacaqlar. və dünyanın dörd bir tərəfində Türkiyənin uğuru üçün dua edənlər qələbə qazanacaqlar”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…