Operativ Məlumat Mərkəzi

Ərdoğanın Naxçıvana səfəri başlayıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Ərdoğanın Naxçıvana səfəri başlayıb - YENİLƏNİB

Sentyabrın 25-də Respublikasının Prezidenti Rəcəb Tayyib Respublikasına rəsmi səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Naxçıvan Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

12:46***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısını hava limanından rəsmi şəxslər yola salıblar.

Səfər İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.

Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.

Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax