Operativ Məlumat Mərkəzi

Ərdoğan İsraildən Fələstinə dəyən zərərin ödənilməsini tələb edib

2 dəq
Paylaş:
Ərdoğan İsraildən Fələstinə dəyən zərərin ödənilməsini tələb edib

prezidenti Rəcəb Tayyib deyib ki, İsrail münaqişələr və işğal zamanı fələstinlilərə dəymiş ziyanı ödəməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Malayziya Ənvər İbrahimlə görüşündən sonra Malayziyada keçirdiyi mətbuat konfransında bildirib.

" məsələləri, xüsusilə Fələstin məsələsini ətraflı müzakirə etdik. Problemin mahiyyəti ondan ibarətdir ki, İsrail israrla işğal, zəbt və qırğın siyasəti yürüdür. İsrail əvvəlki dövrlərdə olduğu kimi, son atəşkəs razılaşması çərçivəsində verdiyi vədləri yerinə yetirmədi. Fələstin torpaqlarının işğalına son qoymalı, vurulan zərəri ödəməlidir", - deyə bildirib.

O əlavə edib ki, tam hüquqlu həll üçün 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılması son dərəcə vacibdir.

“Türkiyə və Malayziya Fələstini dəstəkləmək üçün səylərini davam etdirəcək. Türkiyə indiyədək 100-dən çox gəmi ilə Fələstinə yardım göndərib. Yardımların çatdırılması davam edir. Malayziyanın Qəzza və Fələstinlə bağlı mövqeyini də yüksək qiymətləndiririk”, - Ərdoğan vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax