Operativ Məlumat Mərkəzi

Ərdoğan Haniyənin öldürülməsinə münasibət BİLDİRDİ

1 dəq
Paylaş:
Ərdoğan Haniyənin öldürülməsinə münasibət BİLDİRDİ

Prezidenti Tayyib İranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini qətiyyətlə pisləyib və onu Fələstinə qarşı yönəlmiş alçaq hərəkət adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "X" hesabında yazıb.

"Bu qətldir, bu alçaq hərəkət Fələstini, Qəzzanın müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmaq məqsədi daşıyır. Lakin sionist barbarlıq öz məqsədlərinə çata bilməyəcək".

Ərdoğan vurğulayıb ki, Türkiyə bütün vasitələrdən istifadə etməyə, bütün qapıları açmağa və fələstinli qardaşlara hər vasitə və qüvvə ilə dəstək olmağa davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax