Operativ Məlumat Mərkəzi

Ərdoğan Əliyevi təbrik etdi

3 dəq
Paylaş:
Ərdoğan Əliyevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrik mətnində deyilir:

“Cənab , Əziz Qardaşım.

Vətən müharibəsində Zəfərin beşinci ildönümü münasibətilə xalqım adından və öz adımdan Zati-alinizi və qardaş xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu şanlı Zəfərdən sonra həyata keçirilən sülh prosesi çərçivəsində atılan konstruktiv addımların davamlı bir razılaşma ilə nəticələnəcəyinə ümid edirəm. İnanıram ki, Qafqazda sabitliyin hökm sürdüyü sülh mühiti bütün regionun rifahına xidmət edəcək və Qafqazın qlobal siyasətdə strateji əhəmiyyətini daha da artıracaqdır.

Azad edilmiş vətən torpaqlarının sürətli dirçəlişi və yenidən qurulmasında əldə edilən irəliləyiş təqdirəlayiqdir. Bu əlamətdar günün ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci hesab etdiyi qardaş Azərbaycanın həm regionda, həm də ondan kənarda inamlı addımlarla nail olduğu irəliləyişin şahidi olmaqdan böyük qürur hissi keçirir.

“Bir millət, iki dövlət” prinsipi ilə qurulmuş yüksəksəviyyəli münasibətlərimiz və öz gücünü ortaq taleyimizdən alan sarsılmaz qardaşlıq bağlarımız keçmişdə olduğu kimi, bu gün də möhkəmlənməkdə davam edir.

Güclü təməl üzərində qurulmuş müttəfiqlik münasibətlərimiz və bütün sahələrdə nümayiş etdirdiyimiz xüsusi regional sülhün, etimadın və sabitliyin ən vacib sütunlarından birinə çevrilmişdir.

Şübhəsiz ki, Sizin müdrik rəhbərliyinizlə can Azərbaycanın əldə etdiyi nailiyyətlər bundan sonra da regionumuzun çiçəklənməsinə əhəmiyyətli töhfələr verəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, dost və qardaş Azərbaycan xalqına xoş günlər və rifah arzulayıram”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax