Əsas məzmuna keç

Əli Əsədov BP-nin yeni regional prezidenti ilə görüşüb

Əli Əsədov BP-nin yeni regional prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun başçılıq etdiyi nümayəndə heyəti ilə...

Respublikasının Baş naziri iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun başçılıq etdiyi ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə Azərbaycan ilə BP arasında uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıqdan məmnunluq ifadə olunub.

BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, gündəlikdə duran perspektivli layihələr nəzərdən keçirilib.

Eyni zamanda SOCAR ilə BP arasında mövcud imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

M.Aukinkloss BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunan prezidenti Ciovanni Kristofolini Ə.Əsədova təqdim edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…