Operativ Məlumat Mərkəzi

Elgün Məhəmmədəlizadə yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

2 dəq
Paylaş:
Elgün Məhəmmədəlizadə yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “ ” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sözügedən vəzifəyə Elgün Məhəmmədəlizadə təyin edilib.

E.Məhəmmədəlizadə bakalavr və magistr təhsilini BDU-nun Tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə alıb, Almaniyanın Hamburg şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirib. Böyük Britaniyanın Satınalma və Təchizat sahəsində sertifikatı olan CIPS sertifikatina sahibdir.

O, “PMD Group” MMC-də təchizat üzrə qrup rəhbəri, “Agro Food İnvestments” MMC-də Qrup satınalma meneceri, “Agrotrade Supply” MMC şirkətlər qrupunda Qrup satınalma rəhbəri vəzifələrində çalışıb.

“ATS Food” MMC-də Satınalma və logistika üzrə direktor müavini vəzifəsini icra edən Elgün Məhəmmədəlizadə təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir.

Təyinatdan əvvəl “Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

İngilis dilini bilir. Ailəlidir, 2 övladı var.

nazirlikde-yeni-teyinat

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax